
Aydın Sezer: Dövlətin Abdullah Öcalanla apardığı danışıqlar prosesinin təfərrüatları bilinmir
13:06 30.10.2024
Dünya
521
Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub. 1 saat 45 dəqiqə davam edən görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb. Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib. Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə münasibət bildirib. Partiyasının iclasında çıxış edən Türkiyə dövlət başçısı Dövlət Bağçalının təklifini dəstəkləyib, bunu "tarixi fürsət" kimi dəyərləndirib. O bildirib ki, Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir. Türkiyə Prezidentinin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir. Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. Öcalan həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, Öcalanın qarant dövlət və hüquqi müdafiə ilə bağlı açıqlama verdiyi bildirilmişdi:

“Lakin dünənki müxtəlif açıqlamalardan və Hürriyyət qəzetinin yazarı Əbdülkadir Selvinin köşə yazısından da anlaşıldığı kimi Abdulla Öcalanın zəmanət və qorunma ilə bağlı bir istəyinin olmadığı bildirildi. Proses şəffaf şəkildə getmədiyinə görə kimin nə dediyi və nə istədiyi müəyyən edilmir. Digər tərəfdən isə DEM Partiyasının iki gün əvvəl edilən bir şərhində, danışıqların bərabər şərtlərlə aparılacağını vurğulayaraq, Abdullah Öcalanın dərhal azad olunması bildirildi. Dövlətin Abdullah Öcalanla apardığı danışıqlar prosesinin təfərrüatlarını bilmədiyinə görə, nə media, nə də analitiklər prosesin nə yerdə inkişaf edəcəyini bilmirlər. Bəzi köşə yazarları isə prosesin başlamadan bitdiyini deyərkən Mehmet Yılmaz kimi bir köşə yazarı prosesin davam etdiyini söyləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya