“Dini Liderlərin Qlobal Sammitindən yola çıxaraq dini və ekoloji məsələlərin vəhdətini təşkil edən yeni platforma yaratmağı planlaşdırırıq”.
APA xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə Türk Dövlətləri Təşkilatının (TDT) Layihələndirmə direktoru Ersin Aydoğan deyib.
O qeyd edib ki, üç il əvvəl Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə TDT dini sahədə əməkdaşlığa başlayıb.
“TDT-nin Müsəlman Dini Əməkdaşlıq Şurası yaradılandan sonra bu çərçivədə dini qurumların rəhbərləri ilə 5 görüş keçirilib”, - deyə o əlavə edib.