Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq

Bəzi avropalı siyasətçilər və bürokratlar bizi gürcü “Maydanı” ilə hədələyiblər, artıq çox aydındır ki, gürcü “Maydanı” ideyası iflasa uğrayıb, Gürcüstanda “Maydan” olmayacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bünü Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Bu ideya həyata keçmədi. Gürcü "Maydanı"nın təşkilinə dördüncü cəhd uğursuz oldu. Beləliklə, ölkəmiz üçün ciddi risk görmürük. Küçələrdə etirazlar davam edir, lakin insanların sayı xeyli azalır. İndi 5-6 gün əvvəlkindən dörd dəfə az adam küçəyə çıxır. Vəziyyəti çox effektiv idarə edə bilirik. Dövlət çox güclüdür. Bizim çox güclü hüquq-mühafizə orqanlarımız var və buna görə də ölkəmizdə hər şey çox yaxşı olacaq", - baş nazir bildirib.