Rusiya səfirliyi vətəndaşlarına səsləndi: TƏRK EDİN!

Rusiyanın Dəməşqdəki səfirliyi vətəndaşlarını Suriyanı tərk etməyə çağırdı.

Sherg.az themoscowtimes-a istinadən bildirir ki, Rusiyanın Dəməşqdəki səfirliyi Suriyada yaşayan vətəndaşlarına hazırda fəaliyyətdə olan hava limanları vasitəsilə ölkəni tərk etməyi məsləhət görüb.

Diplomatik nümayəndəlik Telegram kanalında verdiyi açıqlamada üsyançıların bir həftədən çox davam edən irəliləyişini “Suriyadakı çətin hərbi və siyasi vəziyyət” kimi qiymətləndirib.