Suriyada Əsəd rejiminin süqutundan sonra yeni administrasiya formalaşmağa davam edir.
Sherg.az xəbər verir ki, Yeni administrasiyanın lideri Əhməd Şəra müxalifət qrupları ilə bütün qrupların ləğvi və Müdafiə Nazirliyinin tabeliyində birləşdirilməsi barədə razılığa gəlib.
"Bütün müxalifət qrupları özlərini ləğv edib Müdafiə Nazirliyinin tabeliyində birləşəcək", - Şəra bəyanatında bildirib.
Baş nazir Məhəmməd əl-Bəşir keçən həftə bildirib ki, Müdafiə Nazirliyi keçmiş müxalifət qrupları və Bəşər Əsəd ordusundan qaçan zabitlərlə yenidən strukturlaşdırılacaq.
Əhməd Şəranın qarşısında qruplar arasında toqquşmaların qarşısını almaq kimi çətin vəzifə durur.
Suriyanın yeni administrasiyası Əsədi devirən müxalifətin aparıcı simalarından olan Murhaf Əbu Kasranı müvəqqəti hökumətin müdafiə naziri təyin edib.
Suriya müxalifəti dekabrın 8-də Dəməşqi ələ keçirərək 13 ildən çox davam edən vətəndaş müharibəsinə və Əsəd ailəsinin onilliklər boyu davam edən hakimiyyətinə son qoydu.