Milli Məclisin Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciəti müzakirəyə çıxarılıb.
Sherg.az xəbər verir ki, müraciət səsverməyə çıxarılaraq qəbul edilib.
***
Milli Məclisin Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciəti müzakirəyə çıxarılıb.
Sherg.az xəbər verir ki, müraciəti deputat Samir Vəliyev oxuyur.
“Biz Həmrəylik gününü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi ifadə edirik. Etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar öz hüquq və mənafelərini həyata keçirmək hüquqlarından məhrum olurlar. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə diaspor təşkilatlarımızı güclənir, mərkəzlənir. Dünya azərbaycanlılarının bir-biri ilə əlaqələrinin gücləndirilməsinə, soydaşlarımızın təhlükəsizliyinin qorunmasına, Azərbaycan milli adət və ənənələrinin qorunub-saxlanmasına dəstək verilməsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Xalqımızın yeni dövrdə yüksəlişinin rolu Dünya azərbaycanlılarının möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın dünyaya tanıdılması sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrə inteqrasiya etməklə yanaşı milliliyimizi qorumaqdır. Əziz həmvətənlər sizi sıx birləşməyə, xalqımızın mənafeyinin qorunması istiqamətində mübarizəyə çağırırıq!”.
Firuzə
Firuzə Vahid