Suriyada yeni hökumət peşəkar nizami ordu yaratmaq üçün qollarını çırmalayıb. Türkiyə vətəndaşı Ömer Muhammed Çiftçi də orduda briqada generalı kimi xidmət edəcək.
Sherg.az xəbər verir ki, Yeni administrasiya bəzi döyüşçüləri, o cümlədən uyğur, İordaniya və Türkiyə vətəndaşlarını silahlı qüvvələrə təyin edib.
Suriya hərbi mənbəsi və HTS mənbəsinin məlumatına görə, Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi və İordaniya vətəndaşı Əbdül Rəhman Hüseyn əl-Xatib briqada generalı təyin edilib.
Mənbələr Müdafiə Nazirliyinin bazar günü elan etdiyi təxminən 50 zabit təyinatından ən azı altısının xarici ölkə vətəndaşları olduğunu bildirir.