Mourinyo milli komandanı çalışdırmaq istəyir

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo gələcəkdə milli komandanı çalışdırmaq istədiyini bildirib. 

QOL.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Mütəxəssis deyib: 

"Mən Avropa və ya dünya çempionatında iştirak etmək, bütün ölkəni bir komanda ətrafında yığmaq istəyirəm. Bunu klublarla çox etmişəm. Mən bunu futbol və bu idmanın nəyi təmsil etdiyi üçün etmək istəyirəm. Möhtəşəm olar". 

Qeyd edək ki, Joze Mourinyo yayda "Fənərbaxça"ya təyin olunub. O, bu müddət ərzində İstanbul klubunu 26 matça çıxararaq 15 dəfə qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 5 məğlubiyyətlə üzləşib.