HTŞ lideri Şara: Suriyada seçkilər 4 ilə qədər çəkə bilər

“Həyat Təhrir əl-Şam”ın (HTŞ) lideri Əhməd Şara “Əl Ərəbiyyə” telekanalına müsahibə verib.

Sherg.az xəbər verir ki, "Reuters"-in Əl Ərəbiyyə telekanalına istinadən verdiyi məlumata görə, HTS lideri Şara Suriyada seçkilərin keçirilməsinin təxminən 4 il çəkə biləcəyini deyib.

HTŞ-nin ləğvini milli dialoq konfransında açıqlayacaqlarını ifadə edən Şəra, "İndiki dövr daha uzun müddətli müvəqqəti hökumət üçün ilkin hazırlıqdır" deyə bildirib.

Hazırkı dövrdə hakimiyyətin bölüşdürülməsinin keçid mərhələsini məhv edə biləcəyini vurğulayan Şəra, konstitusiya layihəsinin hazırlanmasının üç ilə qədər çəkə biləcəyini söyləyib.