Ərdoğan: Yolun sonuna gəldik, terrorsuz Türkiyə məqsədimizə mütləq çatacağıq!
Yusif Nəzərli
17:19 05.01.2025
Gündəm
483
Prezident Rəcəb Tayyib Ərdoğan, AK Partiya Trabzon 8-ci Adi Qurultayında terror təşkilatının yolun sonunun gəldiyini bir daha vurğulayaraq, “Münaqişənin, zorakılığın və qeyri-sabitliyin olmadığı, terrordan azad bir Türkiyə məqsədimizə mütləq çatacağıq" deyə bildirib.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan sözlərini belə davam edib: "Trabzonluları buradan salamlayıram. Siz də daxil olmaqla, ürəyi bizimlə döyünən bütün insanlara sevgi və ən dərin ehtiramımı göndərirəm".
31 mart seçkilərindən əvvəl Trabzona gəldiyini xatırladan prezident Ərdoğan, "Trabzon bir daha seçimini Xalq Birliyinin lehinə etdi. Sizə olan etibarımızı qırmadınız. Bu salonda bir daha deyirəm. Nə qədər ki Allah bizə ömür verəcək, son nəfəsimizə qədər Trabzona xidmət edəcəyik və çox çalışacağıq" deyə qeyd edib.
Trabzonlulara müraciət edən Ərdoğan xatırladıb ki, şəhər Yavuz Sultan Səlimi xanlığa hazırlayan və Qanuni Süleymanın doğulduğu şəhərdir.
Prezident Ərdoğan Türkiyənin terrorla mübarizədən terrordan azad ölkəyə çevriləcəyini bildirib. Ərdoğan terror təşkilatı üçün yolun sonunun gəldiyini bir daha vurğulayıb və deyib:
"Münaqişə, zorakılıq və qeyri-sabitliyin keçmişə çevrildiyi terrorsuz Türkiyə məqsədimizə ürək birliyi ilə mütləq çatacağıq. Buna nail olmaq üçün hər addımı diqqətlə düşünərək çox əhatəli siyasət həyata keçiririk. DAEŞ terror təşkilatını da məğlub etdik.
Biz imperialistlərin hiyləsinə uymayacağıq. Bu torpaqlarda nifaq salmaq istəyənlərin toruna düşməyəcəyik. Biz birik, bir yerdəyik, hamımız qardaşıq. Aramıza heç kim girməyəcək. Qədim birliyimizi heç kim poza bilməyəcək. İnşallah, terror bəlasını aradan qaldıraraq hədəfimizə daha tez çatacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Lukaşenkoya da dəvət göndərdi, müsbət cavab aldı
21:43 19.01.2026
Dünya
Suriya ordusu SDQ-nin yaratdığı dağıntıları görüntülədi - FOTO
21:37 19.01.2026
Dünya
Valentino Garavani vəfat edib
21:31 19.01.2026
Dünya
Ərdoğan: İnanırıq ki, İran çətinliklərin öhdəsindən gələcək
21:19 19.01.2026
Dünya
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya