Türkiyə xarici işlər naziri Hakan Fidan terror təşkilatı PKK-nın zorakılıq imperiyasının dağılmaq üzrə olduğunu bildirib. Nazir, "Bölgədə məqsədləriniz fərqlidirsə, İŞİD-i bəhanə edərək PKK-nı gücləndirərək başqa siyasətə xidmət etmək istəyirsinizsə, buna da yer yoxdur" deyə bildirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Hakan Fidan İordaniyanın xarici işlər naziri Safadi ilə Xarici İşlər Nazirliyində 3+3 formatında görüşüb. Görüşdən sonra nazir Fidan həmkarı ilə birgə mətbuata bəyanatla çıxış edib.
"İŞİD-in bölgəmizdə yenidən ayağa qalxmaması bizim üçün çox önəmlidir" deyən xarici işlər naziri Hakan Fidan, "İŞİD müsəlman cəmiyyətləri üçün bir zəhərdir. O var olduqca imperialist güclərin torpaqlarımıza girməsinə yol aça bilər. Onlara qarşı mücadiləmizi davam etdirəcəyik" ifadələrdən istifadə edib.
Nazir Fidan sonda deyib: “Kürd qardaşlarımızın nəcib duyğularını istismar edərək üzərində qurduqları zorakılıq imperiyası dağılmaq üzrədir”.