Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq.
Sherg.az Publika.az-a istinadla xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır:
"Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək".
O bildirib ki, zavoda 40-50 milyon dollar investisiya qoyulub.
Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Ararat rayonunun Ararat icmasına köçürüb.