ABŞ-də qadağan edilməsi gündəmdə olan sosial media platforması TikTok-u dünyanın ən zəngin adamı İlon Maskın satın alacağı iddiaları var.
Sherg.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən platforma bu xəbəri “tamamilə uydurma” adlandırıb və iddiaları təkzib edib. TikTok sözçüsü "BBC News"-a deyib: "Bizdən sırf uydurma olan xəbər barədə şərh verməyimiz gözlənilmir".
Qeyd edək ki,Bayden administrasiyası TikTok-un Çin tərəfindən casusluq və siyasi manipulyasiya vasitəsi kimi istifadə oluna biləcəyini iddia edir.
Keçən həftə Ali Məhkəmədə keçirilən iclasda hakimlər qanunu dəstəkləməyə və son tarixə riayət etməyə meylli göründülər.
Təxminən üç saat davam edən mübahisələr zamanı doqquz hakim dəfələrlə milli təhlükəsizlik narahatlığına istinad edib.
Bayden administrasiyası iddia edir ki, satış baş tutmasa, TikTok Çin tərəfindən casusluq və siyasi manipulyasiya vasitəsi kimi istifadə edilə bilər.