Ərdoğan Ankarada HƏMAS təmsilçilərini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada HƏMAS təmsilçilərini qəbul edib.

APA-nın TRT HABER-ə istinadən xəbərinə görə, görüşdə bir sıra rəsmi şəxslər də iştirak edib.

Onların arasında xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və digərləri olub.