Tramp: Münaqişəyə son qoyacağam

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı ilə hansı mövzularda danışacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ lideri danışıqların əsas predmetinin Ukrayna münaqişəsi olacağını bildirib.

Tramp deyib: "Biz danışacağıq və yəqin, ciddi bir iş görə biləcəyik".

O, jurnalistlərlə söhbətində bildirib ki, münaqişəyə son qoymağa hazırlaşır.