ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Sherg.az xəbər verir ki, telefon danışığı zamanı ABŞ dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasından məmnunluğunu bildirib.
ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın müzakirə olunduğu dialoqda Rubio və Paşinyan Cənubi Qafqazda istənilən gərginliyin qəbuledilməz olduğu barədə razılığa gəliblər.