Şoltz: Sülh əldə olunmayınca Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək

Almaniya kansleri Olaf Şolts sülh əldə olunmayınca Rusiyaya qarşı sanksiyaların ləğvi ehtimalını istisna edib.

Teleqraf xəbər verir ki, o, bunu “Könüllülər Koalisiyası”nın Parisdə keçirilən sammitindən sonrakı mətbuat konfransında deyib.

O bildirib: “Sülh əldə olunmayınca sanksiyaları ləğv etməyin mənası yoxdur".

Kanslerin sözlərinə görə, bu, "ciddi səhv" olardı, çünki sülh hələ çox uzaqdadır.

Siyasətçi bildirib ki, ABŞ və Avropa Kiyevə dəstək məsələsində “aydın ortaq mövqe tutmalıdırlar” .

O vurğulayıb: “Biz gələcəkdə də Rusiyanın hücumundan qorunmaq üçün Ukraynanın sülh dövründə güclü ordusuna malik olmasını istəyirik”.

Şolz deyib ki, Moskva hazırda "həqiqi sülhdə maraqlı deyil" və danışıqlarda müzakirə olunanlara "həmişə şərtlər əlavə edir".