Almaniyanın kəşfiyyatı və ordusu Rusiyanın NATO ölkəsinə hücum edə biləcəyini iddia edib.
Sherg.az xəbər verir ki, Qərbi Almaniya Yayım Korporasiyası, Şimali Almaniya Yayım Korporasiyası və "Süddeutsche" qəzetinin birgə dərc etdiyi hesabatda Almaniya Xarici Kəşfiyyat Xidməti və Almaniya Silahlı Qüvvələri tərəfindən hazırlanan vəziyyətin qiymətləndirilməsi təhlili yer alıb.
Təhlil göstərir ki, Rusiya Avropa sülhü üçün davamlı təhdiddir və NATO ölkəsinə hücum edə bilər.
Təhlildə bildirilirilib ki, Rusiya özünü Qərblə sistemli münaqişədə görür və Rusiyanın imperialist məqsədlərini hərbi güc yolu ilə həyata keçirməyə hazır olduğunu iddia edib.
Təhlildə, Rusiya silahlı qüvvələrinin bir müddətdir Ukraynada güclü mövqedə hərəkət etdiyi, güzəştə getmək və müharibəni davam etdirmək istəməsi ilə bağlı heç bir əlamət göstərmədiyi iddia edilir.