ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Somalidə İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirib.
APA-nın xəbərinə görə, bu barədə AFRICOM-un saytında məlumat yerləşdirilib.
Əməliyyat martın 29-da Somali hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilib. Hədəf Bosasodan cənub-şərqdə, Puntland bölgəsində yerləşən İŞİD mövqeləri olub.
Qeyd edək ki, martın 28-də Somali Prezidenti Hasan Şeyx Mohamudun amerikalı həmkarı Donald Trampa məktub göndərdiyi məlum olub. Məktubda faktiki Somali hökumətinin nəzarətində olmayan Berbera limanı və aviabazası, eləcə də Puntlenddəki Bosaso limanı və aviabazasının ABŞ-ın nəzarətinə verilməsi təklif edilib.