2022-ci ildə şəhid olmuşdu, cəsədi tapıldı

Türkiyə Milli Müdafiə Nazirliyi, 7 iyul 2022-ci ildə şəhid olan və çəsədi tapılmayan Uzman çavuş Nurettin Tokyürekin nəşini tapdıqlarını açıqlayıb.

Sherg.az xəbər verir ki, nazirliyin verdiyi açıqlamada belə deyilir:

“Qəhrəman silah yoldaşımız Uzman çavuş Nurettin Tokyürekin əziz nəşi tapılıb.”

29 yaşlı Nurettin Tokyürek, "Pençe-Kilit" əməliyyatına getməzdən əvvəl qardaşı ilə son danışığında bu sözləri demişdi:
"Əgər şəhid olsam, məni kəndimizin gözəl bir yerində dəfn edin. Gözdeyə yaxşı baxın, o mənim əmanətimdir."

Allah şəhidimizə rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbr diləyirik!