Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında çempion bəlli olub.
Teleqraf xəbər verir ki, bu gün "Abşeron" və "Azərreyl" komandaları arasında final mərhələsinin ikinci oyunu keçirilib.
Milli Gimnastika Arenasında baş tutan görüşdə "Azərreyl" 3:0 (28:26, 30:28, 25:22) hesablı qələbə qazanıb. İlk oyunda "Abşeron" da 3:0 (25:19, 25:16, 25:18) hesabı ilə üstün olduğu üçün Qızıl setə ehtiyac duyulub. Həlledici setdə "Azərreyl" 15:12 hesabı ilə qalib gələrək ölkə çempionu olub.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında bürünc medalları "Gəncə"ni üstələyən "Milli Aviasiya Akademiyası" qazanıb.
Yüksək Liqa
Qadınlar
Final, ikinci oyun
15:00. "Abşeron" - "Azərreyl" – 0:3 (16:25, 10:25, 16:25), Qızıl set – 12:15