NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin həlli prosesinə müdaxilə etmək niyyətində deyil.
APA xəbər verir ki, Rütte bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Baş katib danışıqların asan getmədiyini etiraf edib:
“Ukraynadakı münaqişənin həlli üzrə aparılan danışıqlar çətin keçir”.
Bundan əlavə, o, ABŞ Prezidenti Donald Trampın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəklədiyini bildirib.