İran Zəngəzur dəhlizinə “hə” demək məcburiyyətindədir - ANALİTİK
Yusif Nəzərli
08:46 01.05.2025
Siyasət
512
Azərbaycan böyük güclər miqyasında – Rusiya, ABŞ, Böyük Britaniya, Çindən razılıq almağı bacarıb
"Azərbaycan-İran münasibətlərinin perspektivi həmişəkindən daha yaxşı görünür. Bakı ilə Tehranın münasibətlərdəki gərginliyə son qoymaq səyləri regional proseslər üçün kritik əhəmiyyət kəsb edir". Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın ifadə tonu, bəyanatlarının mahiyyəti münasibətlərin dərinləşməsinə və genişləndirilməsinə aydın hazırlığı əks etdirir:
"Ancaq diqqətə alına bilər ki, İranda Azərbaycanla əlaqələrin gücləndirilməsi istiqaməti üzrə mühüm addımlar atılsa da, daxili siyasi konyunkturada fikir ayrılıqları qalmaqdadır. Bununla belə, ən azından iki səbəbdən dolayı İrandakı radikal qüvvələr fəallığı sönük görünə bilər. İran daxili və xarici siyasətdə strategiyası məğlubiyyətə uğramış əhəmiyyətli transformasiyadan keçir. Azərbaycan Prezidenti İlham Əliyevin İranda artan nüfuzu həmin proseslərin bir hissəsinə çevrilir. Bu transformasiya İran elitasını yeni hekayələr yaratmağa doğru istiqamətləndirir və Azərbaycan həmin trayektoriyada əhəmiyyətli yer tutur. İran baxışlarını və mövqelərini təhlükəsizlik məsələlərini əhatə edən nöqtəyə gətirərək Azərbaycanla əlaqələrin inkişafının zərurət olduğunu dərk edir. Tehran Azərbaycanın güclü və strateji xarici əlaqələri fonunda regional təhlükəsizlik izolyasiyasında qalmaq istəmir. Cənab Pezeşkianın Bakı səfəri Tehranla Vaşinqton arasında danışıqların sürətlə davam etdiyi bir vaxtda, eyni zamanda eskalasiya risklərinin mövcud olduğu həssas bir məqama təsadüf etməsi həmin mətləbi açır".
Analitik əlavə edib ki, Məsud Pezeşkian Azərbaycan lideri İlham Əliyevlə görüşdə məzmunca Zəngəzur dəhlizinə ölkəsinin razılığını dolayı yolla ifadə etmiş oldu:
"Azərbaycan böyük güclər miqyasında – Rusiya, ABŞ, Böyük Britaniya, Çin Zəngəzur dəhlizi barədə razılıq almağı bacarıb. İranın isə Yaxın Şərqdə məğlubiyyətə uğraması fonunda regionda alternativ olaraq müqavimət göstərə bilmək potensialı qalmayıb. Səbəb nə olursa-olsun, İranda da Zəngəzur dəhlizinə geniş perspektiv kimi baxanlar varsa, bunun özü regiondakı dinamikalarda Azərbaycanın mövqelərinin irəliləməsinə gətirib çıxaracaq. Lakin İranın mövqeyini birbaşa köklü dönüş kimi də xarakterizə etmək tezdir və mümkün variantlardan biri kimi, Tehran gələcək siyasi bəyanatlarında yenidən “qırmızı xətləri” xatırladacaq. İranın etiraz notuna baxmayaraq, bu, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı prioritetlərində Tehranın güclü müqavimət göstərə bilmək ssenarilərini istisna edəcək. Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam”dan bir hissəni səsləndirməsi müsbət haldır və əlaqələrin etnik bağlılıq üzərindən də gücləndirilməsinə motivasiyadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya