Tramp geri çəkilir, Rusiya ilə bağlı sözünü tutmur - NYT

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsindən uzaqlaşmaq niyyətini nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Nəşrin mənbələrindən birinin bildirdiyinə görə, Ağ Ev rəhbəri Ukraynadakı münaqişədən uzaqlaşır, bu, ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin açıq bəyanatının əks-sədasıdır və o, əvvəllər ABŞ-nin nizamlanma prosesindən “çəkilməyə daha çox açıq” olduğunu bildirib.

Bundan əlavə, qəzet iddia edir ki, Tramp anti-rusiya sanksiyalarına qoşulmaqla bağlı öhdəliklərindən geri çəkilir.