Trampın mövqeyi sərtləşir - Putinə xəbərdarlıq edildi
08:34 29.05.2025
Dünya
417
ABŞ Prezidenti Donald Tramp Rusiyaya xəbərdarlıq edib ki, Ukrayna ərazisinə hücumunu davam etdirməklə odla oynayır. Amma bu sözlər yalnız Ağ Evin Kremlə qarşı daha sərt davranmağa başlayacağı təqdirdə məna kəsb edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Britaniya nəşrinin fikrincə, Trampın münaqişənin həllində iştirakı ilə bağlı əsas problemlərdən biri onun rusiyalı həmkarı Vladimir Putinə münasibətinin qeyri-sabitliyidir. Müxtəlif vaxtlarda o, Rusiya Prezidentini gah “ağıllı”, gah da “tamamilə dəli” adlandırıb. Mənbəyə görə, Amerika liderinin mövqeyindəki qeyri-sabitlik müharibəni diplomatiya yolu ilə dayandırmaq cəhdlərinə etibarı sarsıdır.
Donald Tramp Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində müharibəni bitirəcəyi barədə yüksək səslə verdiyi bəyanatlara baxmayaraq, onun və komandasının faktiki davranışları Ukraynanı ağrılı, o cümlədən ərazi güzəştlərinə məcbur etmək cəhdi kimi görünür. ABŞ Prezidentinin bu siyasəti həm Avropa İttifaqı və NATO üzvləri, həm də Kiyevin özü tərəfindən kəskin tənqid olunur.
Bununla belə, “Telegraph” qeyd edir ki, Tramp artıq Putinin sülhə can atmadığını anlamağa başlayıb. Vaşinqton Kiyevi uzaqmənzilli raketlər və müasir hava hücumundan müdafiə vasitələri ilə təmin etmək imkanlarını müzakirə edir. Məqalədə deyilir ki, bu, Ukraynanın müdafiəsini gücləndirməklə yanaşı, Rusiyaya istədiyi qələbənin olmayacağına dair açıq siqnal göndərəcək.
“Putin Trampın zəif cəhətlərindən istifadə etsə də, ABŞ prezidentinin hələ də hadisələrin gedişatını dəyişdirmək şansı var – amma indi və qətiyyətlə hərəkət etdiyi təqdirdə”, - nəşr vurğulayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə