
Nəqliyyat və enerji xərclərindəki artım bütün xidmət növlərində yüksəlməyə gətirib çıxarıb-Ekspert
11:30 29.05.2025
İqtisadiyyat
535
2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11% artaraq 2 milyard 134,5 milyon manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsi xəbər verib.
Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83,3 faizinə bərabər olub.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu artımın əsas səbəblərindən biri də nəqliyyat tariflərinin yüksəldilməsidir:

“2023-cü ilin iyul ayından etibarən metro və avtobuslarda gediş haqları artırıldı ki, bu da birbaşa olaraq əhalinin gündəlik xərclərinə təsir etdi. Eyni zamanda, dizel yanacağı və benzinin qiymətinin artırılması da xidmət sahələrindəki qiymət artımını şərtləndirən mühüm amillərdəndir. Xüsusilə logistika və daşımaya əsaslanan xidmətlərdə bu artım özünü daha qabarıq şəkildə göstərir. Beləliklə, nəqliyyat və enerji xərclərindəki artım demək olar ki, bütün xidmət növlərində qiymətlərin yüksəlməsinə gətirib çıxardı. Bu artımlar xidmət sektorunun keyfiyyət baxımından ciddi şəkildə inkişaf etməsi ilə bağlı deyil. Dövlət Tarif Şurasının qəbul etdiyi qərarlarla yanaşı, ölkədə müşahidə olunan inflyasiya da bu prosesin daha da sürətlənməsinə səbəb olub. Nəticədə, xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar da öz xərclərini kompensasiya etmək üçün qiymətlərini artırmağa məcbur olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə