Ermənistan MTX Azərbaycan tərəfinə keçən şəxslərlə bağlı açıqlama verdi

Ermənistan Milli Təhlükəsizlik Xidməti iyunun 6-da iki vətəndaşının yolu azaraq Azərbaycan tərəfinə keçməsi barədə yeni məlumat yayıb.

Teleqraf xəbər verir ki, qurum onların oğurlandığına dair Ermənistan mediasında yayılan iddianı təkzib edib.

“Sünik vilayətinin Teq icmasının iki azyaşlı sakini tapıldıqdan sonra onlarla müsahibə zamanı məlum olub ki, ev heyvanlarını axtararkən azıblar və duman səbəbindən yolu tapa bilməyiblər. Onların azərbaycanlılar tərəfindən oğurlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, - açıqlamada deyilir.

Ətraflı
Ad - 00:03
Xatırladaq ki, Teq icmasının sakinləri Karen Armen Canqiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) iyunun 6-da gecə saatlarında yolu azaraq Azərbaycan tərəfində keçiblər. Həmin şəxslər dünən Ermənistana təhvil verilib.