Fransız siyasətçi: Ölkədə Rusiyaya qarşı silahlı münaqişəyə hazırlıq gedir

Fransada Rusiyaya qarşı birbaşa hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyan təbliğat kampaniyası aparılır.

Teleqraf xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot deyib.

O bildirib ki, televiziya kanallarında müharibə ideyası genişmiqyaslı şəkildə təbliğ olunur:

“Fransanı Rusiyaya qarşı rəsmi şəkildə silahlı qarşıdurmaya sürükləmək məqsədilə ağılasığmaz təbliğat kampaniyası həyata keçirilir”.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban da oxşar bəyanatla çıxış edərək, Avropa İttifaqı rəhbərliyinin Rusiyaya qarşı müharibəyə hazırlıq planı üzərində işlədiyini və bu prosesdə əsas rolu Ukraynanın oynadığını bildirmişdi.