Xüsusi qabiliyyət imtahanları başlayır
15:04 13.06.2025
Elm və Təhsil
447
İyunun 20-dən etibarən ali təhsil pilləsinin İdman istiqamətinin 62-ci komissiyası və Təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.
Dövlət İmtahan Mərkəzindən Sherg.az-a bildirlib ki, İdman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda və Azərbaycan İdman Akademiyasında 62 və 63-cü komissiyalar, Tovuz Olimpiya İdman Kompleksində 63-cü komissiya, Təsviri sənət istiqaməti üzrə 14 və 15-ci komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər 14 iyun tarixindən etibarən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanları iyunun 23-dən etibarən start götürəcək. Bu istiqamət üzrə qabiliyyət imtahanları Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil ediləcək.
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.
Qeyd edək ki, imtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az 5 gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq