
Elektrik qatarı infrastrukturu Qazax və ətraf rayonlar üçün böyük iqtisadi imkanlar yaradır -RƏY
Yusif Nəzərli
17:33 16.06.2025
İqtisadiyyat
490
“Bakı–Ağstafa–Bakı elektrik sürət qatarının marşrutunu Qazax stansiyasına qədər uzadılması son günlərin sevindirici xəbərlərindən biridir. Məlumdur ki, indiyədək elektrik qatarları yalnız Ağstafaya qədər hərəət edirdi. Qazağa gedənlər Ağstafa stansuyasında düşüb yol maşını ilə davam etməl olurdular. İyunun 15-dən etibarənsə elektrik qatarlarının marşrutunun son dayancağı Qazax dəmuryol stansiyası olacaq. Bununla da sərnişinlərin rahatlığı təmin edilmiş olur. Elektrik qatarının Qazaxa açılması nə qazandıracaq? Sualına cavabında nəqliyyay məsələləri üzrə üzrə ekspert Eldəniz Cəfərov qeyd etdi ki, Azərbaycanın nəqliyyat infrastrukturunda baş verən yeniliklər bölgələrin iqtisadi və sosial inkişafına ciddi təsir göstərir. Bu baxımdan, elektrik qatarlarının Qazax rayonuna qədər genişləndirilməsi təkcə yeni bir dəmiryolu layihəsi kimi deyil, həm də bölgənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir addım kimi qiymətləndirilməlidir:

- Elektrik qatarı infrastrukturunun genişləndirilməsi Qazax və ətraf rayonlar üçün böyük iqtisadi imkanlar yaradır. Sərnişin və yük daşımalarının artması nəticəsində yerli sahibkarların fəaliyyəti genişlənəcək, ticarət dövriyyəsi, biznes imkanları artacaq. Nəzərə alsaq ki, Qazax bölgəsi tarixi və mədəni abidələri, təbiəti ilə diqqət çəkir, dəmiryolu ilə asanlıqla bölgəyə çatmaq imkanı daxili və xarici turistlərin sayını artıracaq. Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Həm tikinti mərhələsində, həm də sonra qatarların istismarı və xidmət sahələrində yüzlərlə insan üçün iş imkanı yaranacaq.
E.Cəfərov qeyd etdi ki, elektrik qatarı sürətli, sərfəli və rahat nəqliyyat vasitəsi olduğundan yerli əhali üçün ciddi üstünlüklər yaradır:
- Əhalinin nəqliyyat xərcləri azalır. Qazaxdan Bakıya və digər böyük şəhərlərə səfər etmək daha ucuz və rahat olacaq. Böyük şəhərlərə daha tez və rahat çatmaqla insanlar daha keyfiyyətli səhiyyə və təhsil xidmətlərindən istifadə edə biləcəklər. Əmək miqrasiyası asanlaşacaq, iş üçün digər bölgələrə gedən insanların gündəlik gediş-gəliş daha əlverişli olacaq. Həm də elektrik qatarları dizel qatarlarına və avtobuslara nisbətən ətraf mühitə daha az zərər verir. Bu da atmosferə atılan zərərli qazların azaldılmasına, istixana qazı emissiyasının ciddi şəkildə azalmasına səbəb olur. Bu layihə dövlətin yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf hədəflərinə uyğun gəlir. Qazax Azərbaycanın qərb sərhədində yerləşir və Ermənistanla, Gürcüstanla qonşudur. Bu səbəbdən bu dəmiryolu Zəngəzur dəhlizi ilə uzlaşır. Qazax dəmir yolu xətləri ilə Ermənistan və Gürcüstan üzərindən beynəlxalq daşımalar mümkündür. Yəni, burada həm logistika məsələləri, ekoloji təmiz nəqliyyat vasitəsinin istifadəsi regionların mərkəzlə daha sıx inteqrasiyası üçün əverişli şərait yaranır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq