Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib
Yusif Nəzərli
03:39 19.06.2025
Gündəm
316
“Rusiya Ukrayna tərəfi ilə hərtərəfli danışıqlara hazırdır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana danışıqlar üçün platforma təqdim etdiyinə və sülh təşəbbüslərinə dəstəyinə görə təşəkkürünü ifadə edib.
Putin qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında təmaslar davam edir və növbəti görüş iyunun 22-dən sonra baş tuta bilər. O, həmçinin Türkiyə tərəfinin səylərinə toxunaraq vurğulayıb ki, Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan nizamlanmanın əldə olunması üçün çox iş görür.
Rusiya lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü istisna etmədiyini bildirib, lakin Kiyevdə mümkün razılaşmaları imzalamağa kimin səlahiyyətli olacağına dair şübhələrini ifadə edib. Putin, həmçinin münaqişənin humanitar aspektlərinə, o cümlədən həlak olanların cəsədlərinin qaytarılması məsələsinə toxunub. Rusiya dövlət başçısı Çin, Hindistan və digər BRICS ölkələrinin konstruktiv roluna ümid edir. Onun sözlərinə görə, bu ölkələr münaqişənin sülh yolu ilə həllində səmimi maraq göstərirlər.
“Biz də bu münaqişəni başa çatdırmaq istəyirik və mümkün qədər tez. Əlbəttə, yaxşı olardı ki, bu, sülh yolu ilə olsun”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat