
Neftin qiymətindəki dəyişikliklər büdcəyə yenidən baxılmasını zəruri edəcək qədər böyük ola bilər -ŞOK PROQNOZ
09:22 20.06.2025
İqtisadiyyat
702
Elşən Bağırzadə: Neftin barelindəki hər 1 dollarlıq artım dövlət büdcəsi üçün böyük həcmdə əlavə gəlir imkanı yaradır
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3,41 ABŞ dolları və ya 4,13% artaraq 82,58 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,17 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, hazırda nəinki Azərbaycan nefti, digər markalı xam neftlərin də qiyməti artıb:

“Bunun hazırda yeganə səbəbi Yaxın Şərqdə baş verən hərbi-siyasi münaqişədir. Bu münaqişə neft bazarında gələcəklə bağlı gözləntiləri pisləşdirib. Artan risqlər isə təbii olaraq neftin də qiymətlərini artırır. Amerikanın münaqişəyə birbaşa müdaxiləsi baş verərsə və İran buna qarşılıq verməyə çalışarsa, hətta Hörmüz boğazını bağlamağa yönəlmiş addımlar atarsa, neft qiymətlərinin artımında çox böyük sıçrayışlar görə bilərik. Neftin qiymətinin artımı Azərbaycan büdcəsinə şübhəsiz ki, müsbət təsir göstərir. Hətta neftin barelindəki hər 1 dollarlıq artım dövlət büdcəsi üçün böyük həcmdə əlavə gəlir imkanı yaradır. Bununla bağlı hazırda konkret rəqəm vermək istəmirəm, sadəcə onu deyə bilərəm ki, qeyd edilən münaqişə qısa müddətdə bitməsə, bu əlavə gəlir Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasını zəruri edəcək qədər böyük ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya