Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Yusif Nəzərli
11:57 27.06.2025
Siyasət
398
“Qərbdə geniş yayılmış inancın əksinə olaraq, Rusiya Ukraynadakı müharibədən zəifləmiş deyil, daha təhlükəli şəkildə çıxacaq”. Bunu Almaniya Quru Qoşunlarının müfəttişi general-leytenant Alfons Mays deyib. “Mən qəti əminəm ki, Rusiya silahlı qüvvələri bu müharibədən sonra daha da güclənəcək”, - o vurğulayıb.
Generalın sözlərinə görə, ölənlərin sayının Moskva üçün əhəmiyyəti yoxdur: “Kreml hər il 200 minə yaxın çağırışçını səfərbər edir və artıq ordusunun sayını 1,5 milyona çatdırıb. Bu, Qərblə genişmiqyaslı toqquşmaya uzunmüddətli hazırlıqdan xəbər verir”.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı və nəticələri barədə general-leytenant Alfons Maysın fikirləri Avropada təhlükəsizlik arxitekturasının ciddi şəkildə dəyişdiyini göstərir:
"Rusiyanın zəifləməsi gözlənildiyi halda, onun daha sərt və çevik formada çıxması yeni geosiyasi reallıqlar yaradır. Bu, xüsusilə Qərb blokunun strateji planlaşdırmasında yenidən baxış tələb edir. Müharibə Rusiyanın hərbi-strateji adaptasiya qabiliyyətini ortaya qoydu. İtkilərin sayına baxmayaraq, Kreml üçün siyasi məqsədlərin prioritetliyi təsdiqləndi. Bu, Qərblə fərqli müharibə fəlsəfəsini göstərir: insan itkisinə həssaslıq yerinə, strateji nəticə yönümlü yanaşma. Rusiya üçün bu müharibə sadəcə müdafiə və ya ekspansiya deyil, həm də mövcudiyyət mübarizəsidir. Moskva özünü Qərbin hegemoniyasına qarşı alternativ mərkəz kimi təqdim etməyə çalışır. Bu isə onu qlobal nizamın strukturunu dəyişmək istəyən aktora çevirir. Generalın sözlərindən belə çıxır ki, Rusiya müharibədən öyrənərək çıxır. Bu isə onun gələcəkdə daha təkmil hibrid müharibə metodlarına üstünlük verəcəyini göstərir. Həmçinin, ordunun texnologiya və taktika baxımından yenilənməsi ehtimal olunur".
Analitikin sözlərinə görə, Qərb bu dinamikanı nəzərə alaraq öz təhlükəsizlik modelini yenidən düşünməlidir:
"NATO daxilində müdafiə büdcələrinin artırılması və operativ çevikliyin gücləndirilməsi gündəmə gələcək. Müharibə həm də informasiya və psixoloji cəbhədə davam edir. Rusiya bu alətləri effektiv şəkildə istifadə etməyi bacarır. Qərb isə bu qarşıdurmada iqtisadi sanksiyalarla kifayətlənməyin yetərli olmadığını anlayır. Ukrayna isə həm savaş meydanında, həm də diplomatik cəbhədə qərbyönümlü strategiyanın dayaq nöqtəsinə çevrilir. Bu da onu həm siyasi, həm də təhlükəsizlik baxımından daha da həssas hala gətirir. Ümumilikdə, Rusiyanın “zəifləməmiş və güclənmiş” şəkildə çıxacağı ehtimalı Qərbin risk və təhdid anlayışını yenidən formalaşdırır. Strategiyaların dəyişməsi artıq zərurətə çevrilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm