
İran Zəngəzur dəhlizinin açılmasına əngəl törədə biləcək durumda deyil -ANALİZ
12:59 18.07.2025
Aktual
630
İrəvan Baş nazir Nikol Paşinyanın son açıqlamaları fonunda İran tərəfi ilə kommunikasiyaların blokdan çıxarılması mövzusunu fəal şəkildə müzakirə etməyə davam edir.
İki ölkənin Təhlükəsizlik şuralarının katiblərinin dünənki telefon danışığından sonra Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İran səfiri Mehdi Sübhani bugünkü görüşdə regionda kommunikasiyaların açılmasını müzakirə ediblər.
Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb. Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.
Xatırladaq ki, Nikol Paşinyan mətbuat konfransında ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib.
Politoloq Elçin Xalidbəyli “Sherg.az”a deyib ki, rəsmi İrəvanın Zəngəzur dəhlizinin və digər nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı İranla müzakirə aparmaqda məqsədi rəsmi Tehranın Ermənistana münasibətinin neqativ olmaması üçündür:

“Çünki hazırda Ermənistanı ciddi şəkildə dəstəkləyən dövlətlərin sırasında İran ön plandadır. Ona görə də Paşinyan hakimiyyəti İranı inandırmağa çalışır ki, Zəngəzur dəhlizinin açılması onun maraqlarına qarşı çevrilməyəcək. Əksinə, bu belə deyil. ABŞ-yə aid şirkətin Zəngəzur dəhlizini icarəyə götürməsi Amerikanın İran sərhəddində yerləşməsi anlamına gəlir. İran sərhədlərində ABŞ-nin yerləşməsinin İrana hansı təhlükələri törədə biləcəyini isə təsəvvür etmək olur. Bu baxımdan, Paşinyan hakimiyyətinin İranı inandırmağa çalışdığı məqamlar reallıqdan uzaqdır. İran tərəfi də bunu anlayır. Ancaq hazırda İranın Cənubi Qafqazda baş verən geopolitik, geostrateji, geoiqtisadi proseslərə müdaxilə etmək imkanları mövcud deyil. İran-İsrail müharibəsi Tehranın ciddi şəkildə zəiflədib və mövqelərini məhdudlaşdırıb. Bu mənada İran yaxın gələcəkdə ABŞ-nin maraqlarında olan heç bir məsələyə müqavimət göstərməyə həvəsli olmayacaq. Çünki bunun çox təhlükəli olduğunu bilir”.
Politoloq qeyd edib ki, İranın da Zəngzur dəhlizinin açılmasına sükutla yanaşması əvvəlki kimi qırmızı xətlərdən danışmaması təəccüblü deyil:
“Onlar anlayır ki, Cənubi Qafqazda İranın hər hansısa qırmızı xətti ola bilməz. Rəsmi Tehranın Cənubi Qafqazda özü üçün qırmızı xətt uydurması absurddur. Cənubi Qafqaz ayırıca regiondur və regionda müxtəlif dövlətlərinin maraqları var. Bu maraqlar isə İranın qarışacağı məslələr deyil. İran artıq Zəngəzur dəhlizinin açılması məsələsində qətiyyən əngəl törədə biləcək durumda deyil. Paşinyan hakimiyyəti də ABŞ-nin təklifini qəbul edib. Hətta həmin təklif üzrə Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin açılması realdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı anlaşma Ermənistan-Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə paralellik təşkil edə bilər”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə