Aİ Çexiyaya Rusiyadan neft idxalına verilmiş icazəni ləğv etmək qərarına gəlib
14:49 18.07.2025
Dünya
340
Avropa İttifaqı (Aİ) Çexiyaya Rusiyadan neft idxalına verilmiş icazəni ləğv etmək qərarına gəlib. Bu barədə Aİ Şurasının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi ilə bağlı açıqlamada bildirilir.
Trend xəbər verir ki, neft Praqaya “Drujba” boru kəməri ilə çatdırılırdı.
“Şura Çexiyanın Rusiyadan neft idxalına verilmiş icazəni ləğv etmək qərarına gəlib”, – deyə sənəddə qeyd olunub.
Yanvarın 15-də Çexiyanın Baş naziri Petr Fiala Rusiya neftindən tamamilə imtina etməyə hazır olduqlarını bildirmişdi. Əvvəllər respublika bu resursun 2024-cü ilə qədər tədarükünə dair Aİ sanksiyalarından istisna hüququ əldə etmişdi. Çexiyanın dövlət boru kəməri şirkətinin direktor müavini Zdenek Dundr vurğulamışdı ki, “istisna yalnız TAL neft kəmərinin ötürmə gücü artırılanadək qüvvədə qalacaq”.
2024-cü ildə Çexiyanın Rusiyanın “Drujba” kəməri ilə aldığı neftin payı 42 faiz təşkil edib.
“Drujba” boru kəməri 60 ildən də çox əvvəl - 1964-cü ilin oktyabrında fəaliyyətə başlayıb. Onun inşası ilə bağlı qərar 1958-ci ilin dekabrında Praqada İqtisadi Qarşılıqlı Əməkdaşlıq Şurasına üzv ölkələrin sessiyasında qəbul olunmuşdu.
İyulun 18-də Aİ Şurası Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu sanksiyalar 22 Rusiya bankı, Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) və onun törəmə şirkətləri ilə bütün əməliyyatları qadağan edir. Bundan əlavə, onlar həmçinin “Şimal axını” və digər sualtı boru kəmərlərindən bilavasitə və dolayı istifadəni də məhdudlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə