Məcburi köçkün düşmüş qadın: İki gün meşədə qalandan sonra Ağdama gedə bildik
09:40 21.07.2025
Hadisə
315
İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib.
APA xəbər verir ki, o, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra Ağdama gedə biliklərini deyib. Soyqırımı zamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə, digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkin düşüb.
“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raket atırlar, gedək...”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya