
Avropa ölkləri Azərbaycan qazı istəyirsə, müvafiq vəsait ayırmalıdır -Parlamentari
10:07 21.07.2025
İqtisadiyyat
565
"Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var".
Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu həcmi artırmağa hazırdır. Prezidentin sözlərinə görə, 2021-ci ildə bu rəqəm 8 milyard kubmetr idi, bu gün isə 13 milyard kubmetrdir: "Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır".
Prezident deyib ki, bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir: "Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Genişlənmə üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa maliyyə institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq başa çatmış bir məsələ olan mövzu yenidən inkişaf etdirilə bilər”.
Millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, Azərbaycan Avropa ilə normal əməkdaşlıq edir:

“Avropa deyəndə birmənalı sistemi nəzərə almaq olmaz. Azərbaycanın bir sıra ölkələrlə strateji tərəfdaşlıq və iqtisadi sahədə bağları var. Bununla yanaşı, Azərbaycan Avropanın təhsil sistemi ilə də əməkdaşlıq edir, hətta elmi sahədə də tərəfdaşlıqları mövcuddur. Avropada çox zəngin və siyasiləşən erməni diasoporası Azərbaycana qarşı genişmiqyaslı müharibə aparıb. Erməni diasporasının istəyi Cənubi Qafqazda yenidən müharibələri canlandırmaq, Ermənistanı məqsədləri üçün istifadə etməkdir. Bir sıra Avropa ölkələrinin seçki öncəsi təsir imkanları çox güclüdür. Məsələn, Fransada, Beliçkada, Hollandiyada, Niderlandda onların geniş imkanları var və erməni diasporu bu ölkələrin parlamentlərini Azərbaycana qarşı istifadə etməyə çalışırlar”.
Millət vəkilinin sözlərinə görə, Avropa ölkələri siysətlərində ciddi dəyişikliklər etməlidirlər:
“Avropa ölkləri daha böyük həcmdə Azərbaycan qazı istəyirsə, müvafiq vəsait ayırmalıdır və bu layihələr maliyyələşməlidir. Azərbaycan öz imkanlarından istifadə edərək artıq böyük həcmdə Avropaya çatdırılan qazı artırıb. Lakin Avropa daha çox qaz istəyirsə, onlar bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Azərbaycanı Avropada ilk növbədə maraqlandıran təhsil, elm və mədəniyyət sahəsində olan əməkdaşlıqdır. Azərbaycan enerji sahəsində genişmiqyaslı işlər aparır. Azərbaycanın neft və qaz sahəsində əməkdaşlıq etdiyi ölkələr bəllidir və bu istiqamətdə işlərini davam etdirməyə hazırdır”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə