"Roşka" ləqəbli tiktoker özünü təqsirli bilmədi
11:24 22.07.2025
Hadisə
338
Sosial platformalarda, xüsusilə canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirlib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin dövlət hesabına təyin olunan vəkildən imtina etdiyi məlum olub.
Prosesdə prokuror ittiham aktını elan edib, R. Süleymanzadə özünü təqsirli bilməyib. Deyib ki, üzərində heç bir narkotik vasitə aşkarlanmayıb.
Qeyd edək ki, 1996-ci il təvəllüdlü Rövşən Süleymanzadə ötən ilin noyabrında polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanub.
Rövşən Süleymanzadənin barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bundan əvvəl müvafiq qərarla R. Süleymanzadə inzibati qaydada 45 sutka həbs edilib.
Eyni əməllərə görə, həmin ilin aprelində də o, inzibati qaydada 20 sutka həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət