
Ahıllar tək qalıb: Qonşular daha həssas olmalıdırlar
07:43 19.08.2025
Sosial
382
Mətanət Məmmədova: “Onlar bəzən hardan kömək istəməli olduqlarını bilmirlər”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3 min 244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2 min 493-ü qadın, 751-i kişidir. Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili sahəsində kömək göstərirlər. Sosial xidmət müəssisələrində isə 7 ayda 3 min şəxsə xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min şəxsə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib. Həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və s. xidmətlərlə təmin olunublar. Qeyd edilən şəxslərdən 967 nəfərini uşaqlar təşkil edib.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, evdə sosial xidmət göstərilməsi qaydaları mövcuddur və iş buna əsasən aparılır:

- Hər ahıl və ya əlilliyi olan şəxsə Sosial Xidmətlər Agentliyi tərəfindən evdə xidmət göstərilmir. Bunun üçün həmin şəxslərin məlum meyarlara cavab vermələri tələb olunur. Evdə səyyar xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, sosial xidmətə ehtiyacı olan tənha ahıllara, əlilliyi olan şəxslərə, xəstəliyin son mərhələsində olan şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada göstərilən xidmətdir. Əgər ahıl şəxs özünü sosial cəhətdən təmin edə bilmirsə, tənha yaşayırsa, bundan əlavə, yaxın qohumu, ailə üzvü yoxdursa və ya ondan uzaqda yaşayırsa, gəlib-getmək imkanları məhduddursa, o zaman dövlət müəssisəsi tərəfindən yardım edilir, xidmət göstərilir. Yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilirlər. Əgər onların özlərinə xidmət göstərməyə gücləri, taqətləri yoxdursa, sosial cəhətdən də təminatları aşağıdırsa, Agentliyə müraciət etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin struktur bölmələrinə, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” ərizə ilə müraciət edirlər. Sonra Dövlət Reyestri Xidmətinə şəxsin valideynləri, özü və övladları barədə və digər aidiyyəti qurumlara sorğu göndərilir, zəruri məlumatlar olmadıqda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələrinin, çoxmənzilli binaları idarə edən şəxslərin, eləcə də şəxsin qonşularının iştirakı ilə şəxsin qohumları barədə sosial işçi tərəfindən akt tərtib olunur.
M.Məmmədova bildirdi ki, ahıl şəxslərlə bağlı qonşular həssas olmalıdırlar:
- Bəlkə də ahıl, sosial xidmətə ehtiyacı olan şəxs hara müraciət edəcəyini heç bilmir. Azərbaycan insanı duyarlıdır. Həssasdır. Gərək qonşular ahıl şəxslərlə yaxından maraqlansınlar. Diqqət göstərsinlər. Ehtiyac varsa, aidiyyətli orqanlara müraciət etsinlər. Şəxs barədə məlumat versinlər ki, rəsmi strukturlar da hərəkətə keçsin. Bilirsiz, əvvəllər vəziyyət tamam başqa idi. Ahıl insanlar ailə içində olurdu, övladları, nəvələri onlara qulluq edirdi. Doğrudur, Qocalar Evinə göndərilən yaşlılar da olurdu. Amma indi vəziyyət fərqlidir. Ailələrdə yaşlı insanlar demək olar yoxdur. Ailə quran cütlüklər qayınana-qayınata ilə bir yerdə yaşamaq istəmir. Yaşlılar da tək yaşayır, qayğılarını özləri həll etməli olur. Buna gücü, qüvvəti çatmayanların vəziyyəti pisləşir. Yaxşı ki, dövlətimiz ahıllara sahib çıxır. Sosial Xidmətlər Agentliyi ahıl insanlara qayğı göstərməyi üzərinə götürür. Vətəndaşların üzərinə düşən də yaxın ətraflarında olan insanları tanımaq, ehtiyaclarını bilməkdir. Biz bu gözəl, insani ənənələrimizi itirməməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
14:43 13.07.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb
14:42 13.07.2026
Hadisə
Bismark dənizində 6,3 bal gücündə zəlzələ olub
14:27 13.07.2026
Hadisə
İranlı motosikletçilərdən sülh yürüşü: İlk dayanacaq Ermənistan
14:26 13.07.2026
Dünya
İran XİN: “Onun üçün yas saxlamayacağıq”
14:18 13.07.2026
Gündəm
Aİ Ermənistanda yeni tərəfdaşlıq missiyasına başlayıb - YENİLƏNİB
14:15 13.07.2026
Gündəm
Britaniyada “Ebola” peyvəndinin klinik sınaqlarına başlanılır
14:14 13.07.2026
Dünya
İran öhdəliklərini yerinə yetirməyi dayandırdı
14:07 13.07.2026
Region
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya