
Ərəb dilinə maraq göstərməyin bir neçə səbəbi var -AÇIQLAMA
06:56 19.08.2025
Cəmiyyət
341
Gənclərin dil biliklərini inkişaf etdirməsi mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir
"Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir". Bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı deyib. Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı, gənclər artıq ərəb dilinə də böyük maraq göstərir: "BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Ərəb dili dünyanın ən zəngin dillərindən biridir. Bu dil həm də sivilizasiyanın daşıyıcılarından biridir. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim dövrlərə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qovuşub, zəngin biliklər qazanıb və eyni zamanda, öz elmi irsini ərəb dünyasına təqdim edib. Bu missiyanın ən böyük daşıyıcılarından biri, əlbəttə ki, Bakı Dövlət Universiteti və onun Şərqşünaslıq fakültəsidir".
Gənclərin ərəb dilinə maraq göstərməsini müsbət tendensiya kimi dəyərləndirən millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında “Ərəb dili ayı”nın açılış mərasimində iştirak etdiyini və tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Çox maraqlı, həm də əhəmiyyətli bir tədbir idi. Ərəb dili məsələsinə gəldikdə isə deputat qeyd edib ki, gənclərin dil biliklərini inkişaf etdirməsi mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Azərbaycanda ərəb dilinin tədrisinə həmişə xüsusi yer verilib. Keçmiş Sovet dövründə Şərqşünaslıq İnstitutu bir neçə ölkədə güclü olub, onlardan biri də Azərbaycandır. Ölkəmizdə ərəb dilini öyrənmək ənənələri yüksək səviyyədə inkişaf edib və möhkəm bir baza yaradıb.
Fikrimcə, müasir Azərbaycan gənclərinin də ərəb dilinə maraq göstərməsinin bir neçə səbəbi var. Birincisi, bu, dini-mənəvi məsələdir. Bəzi gənclər müsəlman olduqlarına və dini ayinlərə əməl etdiklərinə görə ərəb dilini öyrənməyi özlərinə vacib hesab edirlər. Dini mətnləri orijinal dilində oxumaq və anlamaq istəyi gənclərin dilə olan marağını artırır. İkincisi, bu maraq peşə və karyera perspektivləri ilə də bağlıdır. Gələcəkdə diplomatiya, beynəlxalq təşkilatlar, səfirliklər və ya beynəlxalq biznes sahəsində fəaliyyət göstərmək istəyən gənclər ərəb dilini öyrənməyə üstünlük verirlər. Bu, onların karyera imkanlarını genişləndirir və bölgədə professional fəaliyyət göstərmək üçün mühüm bir üstünlük yaradır. Hesab edirəm ki, hər iki qrupun özünə görə haqlı tərəfləri var. Bizim ərəb dilini dərindən bilən peşəkar tərcüməçilərə, diplomatlara və beynəlxalq əlaqələr sahəsində ixtisaslaşmış mütəxəssislərə böyük ehtiyacımız var. Ərəb dili geniş bir bölgəni əhatə edir və 20-dən artıq ərəb dövlətində işləyəcək kadr potensialını təmin etmək üçün gənclərin bu dili mükəmməl səviyyədə bilməsi vacibdir. Gənclərimizin ərəb dilini öyrənməsi onların həm mənəvi, həm də peşəkar inkişafına töhfə verir və Azərbaycanın regional və beynəlxalq əməkdaşlıq imkanlarını gücləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
14:43 13.07.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 114 mina, 237 PHS aşkarlanıb
14:42 13.07.2026
Hadisə
Bismark dənizində 6,3 bal gücündə zəlzələ olub
14:27 13.07.2026
Hadisə
İranlı motosikletçilərdən sülh yürüşü: İlk dayanacaq Ermənistan
14:26 13.07.2026
Dünya
İran XİN: “Onun üçün yas saxlamayacağıq”
14:18 13.07.2026
Gündəm
Aİ Ermənistanda yeni tərəfdaşlıq missiyasına başlayıb - YENİLƏNİB
14:15 13.07.2026
Gündəm
Britaniyada “Ebola” peyvəndinin klinik sınaqlarına başlanılır
14:14 13.07.2026
Dünya
İran öhdəliklərini yerinə yetirməyi dayandırdı
14:07 13.07.2026
Region
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya