Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram
12:17 13.09.2025
Dünya
388
ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin yekdilliklə razılığa gələcəyi və Rusiyadan neft alışını dayandıracağı təqdirdə, Moskvaya sanskiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında bəyanat verib.
“NATO ölkələrindən bəzilərinin Rusiyadan neft alması şokedicidir. Bu bizim danışıqlar prosesindəki mövqeyimizi çox zəiflədir. Siz hazır olanda, mən də hazır olacam. Mən inanıram ki buna əlavə kimi, NATO-nun bir qrup olaraq Çinə qarşı 50%-dən 100%-ə qədər tarif vergisi tətbiq etməsi və bu rüsumların Rusiya ilə Ukrayna arasındakı müharibə başa çatdıqdan sonra tam şəkildə ləğv olunması da bu ölümcül, lakin absurd müharibənin bitməsinə böyük kömək göstərəcək. Çinin Rusiya üzərində güclü kontrolu var və Çinə qarşı tariflər bu kontrolu qıracaq. Bu, Trampın müharibəsi deyil. Bu, Zelenski və baydenin müharibəsidir. Mən sadəcə bunu bitirmək istəyirəm. NATO dediyim kimi etsə, müharibə tez bitəcək. Əgər bu baş verməsə, siz sadəcə mənim vaxtımı, enerjimi, və Amerikanın pulunu israf edirsiniz”, - Tramp qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət