
Analitik: Paşinyanın taleyinin həllinə hələ 11 ay var
Yusif Nəzərli
01:33 24.10.2025
Cənubi Qafqaz
528
Bu müddət ərzində baş nazirin komandası cəmiyyətdəki etiraz potensialını ölçə biləcək
Məlum olduğu kimi Ermənistanın Korrupsiya əleyhinə məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib. Oktyabrın 20-də Gümrü bələdiyyəsində axtarış həyata keçirilib. Əməliyyat zamanı V.Qukasyan və daha 7 nəfər rüşvət almaq ittihamı ilə saxlanılıblar. Gümrünün baş memarı Henrik Qasparyan da şəhər merinin ardınca həbs edilib. Bildirilib ki, bir qrup vəzifəli şəxs, o cümlədən baş memar tərəfindən rüşvətxorluq faktı ilə bağlı cinayət işi üzrə saxlanılan daha iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bununla yanaşı, Ermənistanda istintaq təcridxanasında olan iş adamı Samvel Karapetyanın "Öz yolumuzla" hərəkatının üzvü, vəkil Ruben Mxitaryan da "Gümrü iğtişaşları" işi üzrə iki aylıq müddətə həbs edilib. Vəkil aksiya keçirilən yerdə hüquq müdafiəçisi qismində iştirak edib. Məhkəmə həmçinin Gümrü Ağsaqqallar Şurasının üzvü Gevork Qukasyanı da iki ay müddətinə həbs edib. O, həbs edilmiş mer Vardan Qukasyanın qohumudur. Daha əvvəl Vanadzor, Berd, Goris və digər icmaların rəhbərlərinə qarşı da cinayət işləri açılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gümrü şəhərinin meri Vardan Qukasyanın saxlanılması ilə bağlı vəziyyəti şərh edib. Zaxarovanın sözlərinə görə, Moskva Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə baş verən hadisələri diqqətlə izləyir. Çünki Gümrüdə Rusiyanın 102-ci hərbi bazası, Rusiya Baş Konsulluğu və “Rossotrudniçestvo”nun filialı yerləşir. Diplomat əlavə edib ki, şəhər rəhbərliyi müxtəlif Rusiya regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bundan başqa, Gümrüdə "Şərəf təpəsi" memorialı da var. Abidə rus-türk müharibələri zamanı həlak olmuş rus zabitlərinin xatirəsinə ucaldılıb. Zaxarova həmçinin xatırladıb ki, bu ilin avqustunda MDB Dövlət Başçıları Şurası Gümrüyə "1941-1945-ci illərin əmək şöhrəti şəhəri" fəxri adını verib.
ReAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a deyib ki, Ermənistanda son aylarda, hətta son həftələrdə baş verən hadisələrin bir izahı var. O da gələn il keçiriləcək seçkilərə hazırlıqdır. Partiya rəhbəri bildirib ki, Ermənistanda yaşananlara həm erməni Kilsəsi ilə bağlı proseslər, həm S.Karapetyanın həbsi, Gümrü merinin saxlanması 2026-cı ildə keçiriləcək parlament seçkilərindən öncə baş verən hadisələr kontekstində baxmaq lazımdır:

"Ermənistan seçkilərə hazırlaşır. İndiki rəhbərlik də seçkilərdə yarana biləcək problemləri öncədən neytrallaşdırır. Həmçinin, narazılıq yaradacaq addımlarla cəmiyyətin etiraz nəbzini də yoxlayır. Bilmək istəyir ki, erməni cəmiyyəti hansı proseslərə etiraz edir. Seçkiyə hələ 11 ay var. Bu müddət ərzində Paşinyan komandası cəmiyyətdəki etiraz potensialını ölçə biləcək. Bunu müəyyən etdikdən sonra seçki ilə bağlı hansı strategiyanı tətbiq edəcəyi ilə bağlı qərarlar alacaq. Bir məqamı xatırladım ki, Gümrüdə bələdiyyə seçkilərində Paşinyanın partiyası uduzmuşdu. İndi sanki seçkidə əldə edə bilmədiyi nəticəni istintaq orqanları vasitəsilə əldə etməyə çalışır. Yəni seçkiöncəsi öz tərəfdarlarının yerli idarəetmədə rol almasına səy göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm