
Tramp son sözünü deyib: İsrailin bu qərarı kağız üzərində qalacaq
12:45 24.10.2025
Dünya
568
Yaxın Şərqdə baş verən proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. İsrailin Qəza zolağının yarıya bölünməsi və İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı Knessetdə müzakirə olunan qərarları regionda və dünyada ciddi narazılıq yaradıb. ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Rubio, vitse-prezident Vens və prezident Donald Tramp bu addımlara kəskin reaksiya veriblər. Tramp “The Times” qəzetinə verdiyi müsahibədə İordan çayının qərb sahilinin ilhaqı planına qarşı ultimatum verdiyini bildirib: “Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Bizim böyük ərəb dəstəyimiz var idi. Əgər bu baş verərsə, İsrail ABŞ-dan bütün dəstəyi itirəcək".
Onun bu açıqlaması göstərir ki, belə bir addım yalnız İsrail-ərəb münasibətlərini deyil, ümumilikdə Yaxın Şərqin sabitliyini də ciddi şəkildə təhdid edə bilər.
Politoloq Elşad Həsənov Sherg.az-a açıqlamasında İsrailin qərarının narazılığa səbəb olduğunu qeyd edib:

"Son günlər İsrailin Qəzanın yarıya böləcəyi haqqında Knessetin qəbul etdiyi qərar böyük narazılığa səbəb olub. ABŞ-nin dövlət katibi Rubio və vitse-prezident Vens buna qəti etirazlarını bildiriblər. Eyni zamanda ABŞ prezidenti də deyib ki, bu, qətiyyən baş tutmayacaq, əgər belə olsa, biz İsrailə dəstəyimizi çəkəcəyik. Buna görə də o, The Times qəzetinə bildirib ki, bu baş verməyəcək. Qeyd edib ki, o ərəb ölkələrinə söz verib və onların böyük ərəb dəstəyi var. Əgər bu baş verərsə, İsrail ABŞ-dan bütün dəstəyini itirəcək".
Analitik hazırda Netanyahunun çətin vəziyyətdə olduğunu və bu qərarın qəbul edilməsini müxalifətin üzünə atdığını söyləyib:
"Tramp bildirir ki, belə bir dönəmdə bu cür qərar qəbuledilməzdir. Təbii ki, ərəb ölkələri, müsəlman və islam dünyası, xüsusilə də Türkiyə bununla qətiyyən razılaşmayacaq. Həmçinin Qətər, Livan və Misir kimi ölkələr də bu məsələdə eyni mövqeydədilər. Tramp söyləyir ki, bu hal olarsa, münaqişə daha da böyüyə, bütün Yaxın Şərqi əhatə edə, o cümlədən bir sıra ərəb ölkələri və Türkiyə bu işə qarışa bilər. Trampın bildirdiyinə görə, ABŞ həmin halda İsraildən dəstəyini çəkə bilər ki, bu da İsrail üçün ağır nəticələrə səbəb olar".
Ekspert İsrailin bu qərarının kağız üzərində qalacağını vurğulayıb:
"Nə ABŞ, nə də digər ölkələr buna icazə verməyəcəklər. Çünki hər hansısa hərəkət ciddi gərginliyə, Yaxın Şərqin yenidən alovlanmasına səbəb ola bilər. Tramp bu məsələdə son sözünü deyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm