Mərkəzi Asiya liderləri Trampla görüşə gedirlər
18:21 27.10.2025
Siyasət
452
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatlı sammitə dəvət edib.
Modern.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bu, “C5+1” formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ-nin o zamankı prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını” ifadə edən məktub göndərib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər.
Region mediasının məlumatına görə, dəvətdən öncə ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor və dövlət katibinin müavini Kristofer Landau Mərkəzi Asiyaya səfər ediblər. Onlar oktyabrın 25-də Daşkəndə səfər ediblər.
ABŞ Dövlət Departamenti açıqlayıb ki, səfərin məqsədi “kritik əhəmiyyətli mineral resurslar və enerji sahəsində ticarət və investisiyalarla bağlı məsələləri, eləcə də «C5+1» formatında regional əməkdaşlığın inkişafını müzakirə etməkdir”.
Amerikalı rəsmilər Özbəkistanda xarici işlər naziri Baxtiyor Saylov və ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərinin nümayəndələri ilə görüşüblər. Qor və Landau yaxın günlərdə Qazaxıstana da səfər edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil