4 saatlıq görüş...
Yusif Nəzərli
01:10 12.03.2022
Gündəm
677
Liderlər gündəmdə olan ən ciddi problemləri müzakirə ediblər
"İstisna deyil ki, Qarabağda atılacaq addımlarla bağlı da qərarlar verilib"
Prezident İlham Əliyev martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 4 saatlıq davam edən görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib. Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb. Görüşdə Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub. Bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə olunub. Eyni zamanda İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Liderlər arasında hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Görüşdə Ukraynadakı hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında dövlət başçısı İlham Əliyevlə Türkiyə lideri Ərdoğanın 4 saat davam edən görüşünün üç ana gündəmi olub.
Ekspert vurğulayıb ki, liderlərin əsas gündəmi - Cənubi Qafqazda postmünaqişə dövrü, Avropa bazarına qaz ixracının artırılması və Ukrayna müharibəsi idi:
“Rusiyanın Ukraynaya hücumundan sonra Cənubi Qafqazda, eləcə də postmünaqişə dövrünə dair razılaşmların icrasında qeyri-müəyyənlik var. Bu vəziyyətdə Bakı və Ankara razılaşmaların, 10 noyabr bəyanatının bütün bəndlərinin icrası və Zəngəzur dəhlizinin açılmasının həyata keçirilməsində nələrin edilməsini, eləcə də yarana biləcək risklərə qarşı hansı addımların atılmasını müzakirə edir. İstisna deyil ki, Qarabağda atılacaq addımlarla bağlı da qərarlar verilib. Rusiyanın enerji resurslarına qarşı sanksiyalar Avropa bazarında qaz tələbatını artırır. Azərbaycan qazı bu tələbatı tam ödəməsə belə, Cənub Qaz Dəhlizi vasitəsilə təchizat həcminin artırılması iki ölkənin Avropa bazarında mövqelərini möhkəmləndirə bilər. Əsas gündəm mövzularından biri də Ukraynadır. Rusiya nə işğal hücumundan, nə də tələblərdən imtina edir. Lakin Türkiyə təmasların davam etdirilməsində israrlıdır və Ankara ilə yanaşı Bakı da bu prosesə dəstək verə bilər. Ümumilikdə, Əliyevin Türkiyə səfəri iki liderin həm Cənubi Qafqaz, həm də Ukrayna üzərindən davam edən geosiyasi qarşıdurmada Bakı və Ankaranın izləyəcəyi siyasəti müəyyənləşdirmək, “saatları yoxlamaq” məqsədi daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə