ABŞ İrana gün ərzində ikinci dəfə zərbələr endirib

ABŞ Silahlı Qüvvələri gün ərzində ikinci dəfə İran ərazisinə zərbələr endirib.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, zərbələr İranın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən hərbi obyektlərinə yönəlib.

Məlumata görə, əməliyyat ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Moskva vaxtı ilə 22:00) başlayıb.

Qeyd edək ki, ABŞ həmin gün səhər saatlarında da İran ərazisinə zərbələr endirmişdi. Eyni zamanda, Vaşinqton İran limanlarına qarşı dəniz blokadasını bərpa etməyi planlaşdırdığını açıqlayıb.

Məlumata əsasən, İran da cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirir. Bildirilir ki, atəşkəs rejiminin pozulmasından sonra bu, altıncı belə hücumdur.