ABŞ-nin vitse-prezidenti J.D.Vens bəzi mühafizəkar siyasətçilərin təzyiqlərinə baxmayaraq, Vaşinqtonun İranda rejim dəyişikliyini həyata keçirmək üçün quru qoşunlarından istifadə etməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Vens amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqanın podkastında bildirib:
"Onlar sadəcə hərbi kampaniyanın qeyri-müəyyən müddətə davam etməsini istəyirlər. Və nəyə nail olmağa çalışdıqlarını dəqiq ifadə edə bilmirlər... Bəziləri İranda hökuməti tamamilə dəyişdirməyimizi istəyirlər."
Vance əlavə edib ki, İran xalqı üsyan qaldırmaq və hökumətini dəyişmək istəyirsə, bu, onların işidir: "Amma oradakı insanlar istəmədikcə, rejim dəyişikliyinə nail olmaq üçün 150.000 quru qoşunu göndərməyəcəyik. Heç bir halda qoşun göndərməyəcəyik".