AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
17:00 12.07.2024
Gündəm
504
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
"Sherg.az" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.
İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İclasda əvvəlcə AFFA Hakimlər Komitəsi ilə bağlı məsələlər, hakimlik sahəsindəki çatışmazlıqlar, problemlər müzakirə edilib. Bu xüsusda Hakimlər Komitəsinin kodeksinin hazırlanması tapşırılıb (intizam qaydaları, cəzaların müəyyənləşdirilməsi və s.). Eyni zamanda, Hakimlər Komitəsinin sədri ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Daha sonra futzal üzrə milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Vitali Borisovun müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi isə Sahib Məmmədov təyin olunub. Onunla müqavilənin müddəti 1 il nəzərdə tutulub.
İcraiyyə Komitəsi I və II Liqadakı mövcud vəziyyəti də müzakirə edib. “İrəvan” FK-nın bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı etməsi, eləcə də, maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən klub AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. AFFA bu cür neqativ hallara qarşı ciddi mübarizəsini bundan sonra da davam etdirəcək.
İcraiyyə Komitəsinin iclasında AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsü müzakirə olunub. Meyarlar bölgüsündə baş verən dəyişikliklərlə bağlı klublara məlumat verilməsi qərara alınıb.
AFFA-nın inkişaf strategiyasının yazılması ilə bağlı görülən işlərlə əlaqədar məlumat verilib, İcraiyyə Komitəsi üzvlərinin fikirləri dinlənilib. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun strategiyanın hazırlanması üzrə layihə rəhbəri təyin olunması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət