Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum
10:53 15.06.2025
Gündəm
268
Azərbaycanda, xüsusilə də Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Özbəkistan Liberal Demokrat Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UzLiDeP fraksiyasının sədri Aktam Xaitov deyib.
Konfransın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, Şuşada keçirilməsinin mühüm əhəmiyyət daşıdığına toxunan A.Xaitov tarixi ədalətin bərpası nəticəsində Qarabağın yenidən Azərbaycanın tərkibinə qayıtmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb: “Özbəkistan Azərbaycanı bu istiqamətdəki səylərində daim dəstəkləyib və dəstəkləməyə davam edəcək. Son illər ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlər yeni yüksəliş mərhələsinə qədəm qoyub. Bu il mayın 19-da Özbəkistan Prezidenti Azərbaycan Respublikası ilə müttəfiqlik münasibətləri haqqında 2024-cü il avqustun 23-də imzalanan müqaviləni təsdiqləyib. Bu, ölkələrimiz arasında tamamilə yeni bir mərhələnin başlanğıcıdır. 2024-cü ilin nəticələrinə əsasən, qarşılıqlı ticarət dövriyyəmiz 253 milyon ABŞ dolları təşkil edib. Bu, Azərbaycanın son illərdə Özbəkistanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrildiyini təsdiqləyir. Mədəni-humanitar əlaqələrimiz də misilsiz səviyyəyə çatıb. Bu uğurlar, hər şeydən əvvəl, iki ölkənin liderləri – Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı dostluğun və yaxın münasibətlərin nəticəsidir. Əminik ki, dövlətlərimiz arasındakı bu münasibətlər daha da inkişaf edəcək”.
Konfransın çox mühüm mövzuya həsr olunduğunu deyən Özbəkistan Liberal Demokrat Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri bu kimi tədbirlərin çağırışlara birgə cavab axtarmaq imkanı yaratdığını söyləyib.
“Bu gün Yeni Azərbaycan Partiyası bizə bu mövzuları müzakirə etmək üçün geniş platforma təqdim edir və buna görə təşəkkür edirik. Biz şahidik ki, dövlət başçıları mövcud problemlərin həlli üçün birgə səylər göstərirlər. Müasir dövrdə bu problemləri yalnız birlikdə həll etmək mümkündür – bunun alternativi yoxdur. Bu proseslərdə siyasi partiyaların iştirak etməsi isə xüsusilə vacibdir. Çünki siyasi partiyalar əməkdaşlıq üçün spesifik mexanizmlərə sahibdirlər. Bu mexanizmlərin işə salınması isə xalqlarımızın səy göstərdiyi həmrəyliyə doğru mühüm vasitə olacaq”.
A.Xaitov qlobal problemlərin təhlili və dərk olunması ilə yanaşı, onların həll yollarının axtarışında səylərin birləşdirilməsi istiqamətində konkret təkliflərə malik olduqlarını önə çəkib. “Bizim fikrimizcə, bu işdə siyasi partiyalar çox fəal rol oynaya bilər. Məhz bu səbəbdən partiyaların təmsilçiləri olaraq burada toplaşmağımızı və belə mühüm proseslərə töhfə vermək üçün səylər göstərməyimizi alqışlamaq lazımdır. Biz, ölkələrimizin aparıcı partiyaları bu aktual məsələlərin həllində və onların mahiyyətinin xalqa çatdırılmasında özünəməxsus körpü rolunu oynayırıq. Buna görə də hazırkı mürəkkəb qlobal şəraitdə ölkələrimizin yaxınlaşmasına xidmət edə biləcək daha bir istiqamət partiyalararası əlaqələrin möhkəmləndirilməsi ola bilər”, - deyən A.Xaitov Özbəkistanın Liberal Demokrat Partiyasının bu imkanlardan daha geniş istifadə etmək məqsədilə bir sıra tərəfdaş partiyalarla, o cümlədən mövcud konfransın ev sahibi olan Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq haqqında memorandum imzaladığını bildirib: “Bu memorandumlar və onların çərçivəsində müəyyən edilmiş vəzifələr göstərir ki, partiyalarımız arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Biz digər tərəfdaş partiyalarla da qarşılıqlı əməkdaşlığı eyni səviyyəyə çatdırmağa və onlarla da əməkdaşlıq haqqında memorandumlar imzalamağa hazırıq. Qoy bu addımlarımız ölkələrimizin xalqlarının yaxınlaşmasına, bütün dünyada sülhə və sabitliyə xidmət etsin!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region