Amerikalı səyyah: "Dinc sakinlərin ölümü faciədir"
Amerikalı səyyah: "Dinc sakinlərin ölümü faciədir"
13:40 26.07.2024
Gündəm
334
"Ölkənin hər yerində, xüsusən də Qarabağda gözəl mənzərələr gördük".
"Report" xəbər verir ki, bunu Laçında jurnalistlərə açıqlamasında amerikalı səyyah Filipp İzedian (Philippe Izedian) deyib.
O qeyd edib ki, şəhərdə bərpa işləri sürətlə davam edir.
Səyyah işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı mövzuya da toxunub:
"Minatəmizləmə prosesi təhlükəsiz deyil, bəzən də kiminsə minaya düşməsi ilə bağlı xəbər eşidirik. Dinc sakinlərin ölümü faciədir. Azərbaycan hökuməti minatəmizləmə prosesi üzərində işləyir".
F.İzedian onu da qeyd edib ki, yenidən Azərbaycana gəlməkdən şad olacaq və dostlarına mütləq bu yerlərə baş çəkməyi tövsiyə edəcək:
"Bu mənim Azərbaycana ikinci, işğaldan azad edilmiş ərazilərə isə ilk səfərimdir. Dostlarıma bura gəlməyi mütləq tövsiyə edəcəyəm, bura çox gözəldir".
Qeyd edək ki, son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm